AZ

Ohanyanı deputatlıqdan məhrum edirlər Torpaq zəbt edərək malikanə tikib

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanın Baş prokuroru Anna Vardapetyan parlamentin “Hayastan” fraksiyasının rəhbəri, Azərbaycana qarşı hərbi cinayətlər işləmiş Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Ohanyana qarşı qaldırılan cinayət işi 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsilə bağlıdır. O, bu ərazini 2010-cu ildən 2015-ci ilə qədər müdafiə naziri vəzifəsində işlədiyi müddətdə Geqarkunik bölgəsində zəbt edib. İstintaqın məlumatına görə, Ohanyan büdcə vəsaitlərindən istifadə edərək əraziyə qanunsuz sahiblik edib və orada malikanə tikib.

İşdə “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da var. Onun da deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı təklifin daha sonra parlamentə təqdim ediləcəyi gözlənilir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
37
azpolitika.info

10Mənbələr