RU

Milli Müdafiə Universiteti qadın abituriyentlərin xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunu elan edir

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti qadın abituriyentlərin cari ilin 18 iyul tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta və Hərbi Tibb Fakültəsinə elektron sənəd qəbulu elan edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, cari ildə ümumtəhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.

Heydər Əliyev adına Hərbi İnstitutda mövcud ixtisaslar:

I ixtisas qrupu üzrə :

- Sistemlər mühəndisliyi;

- Aerokosmik mühəndislik;

- Elektrik və elektronika mühəndisliyi;

- Radiotexnika və telekommunikasiya mühəndisliyi;

- Mexanika mühəndisliyi.

II ixtisas qrupu üzrə:

- Menecment.

III ixtisas qrupu üzrə:

- Beynəlxalq münasibətlər;

- Tarix.

Hərbi Tibb fakültəsində mövcud ixtisaslar:

- Hərbi tibb;

- Stomatologiya;

- İctimai səhiyyə.

Xidmət müddətində təqdim olunan imtiyazlar:

- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

- ailə üzvləri üçün güzəştli tibbi təminat;

- güzəştli ipoteka krediti;

- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

- karyerada davamlı yüksəliş.

Təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.

Избранный
12
50
xalqqazeti.az

10Источники