AZ

Milli Müdafiə Universiteti qadın abituriyentlərin xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunu elan edir

Bakı. Trend:

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti qadınabituriyentlərin cari ilin 18 iyul tarixinədək Heydər Əliyev adınaHərbi İnstituta və Hərbi Tibb Fakültəsinə elektron sənəd qəbuluelan edir.

Universitetdən Trend-ə bildirilib ki, cari ildə ümumtəhsil pilləsinintam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamamolan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının qadıncinsli vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsilmüəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsilmüəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiqportaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldəedə bilər.

Heydər Əliyev adına Hərbi İnstitutda mövcud ixtisaslar:

I ixtisas qrupu üzrə :

- Sistemlər mühəndisliyi;

- Aerokosmik mühəndislik;

- Elektrik və elektronika mühəndisliyi;

- Radiotexnika və telekommunikasiya mühəndisliyi;

- Mexanika mühəndisliyi.

II ixtisas qrupu üzrə:

- Menecment.

III ixtisas qrupu üzrə:

- Beynəlxalq münasibətlər;

- Tarix.

Hərbi Tibb fakültəsində mövcud ixtisaslar:

- Hərbi tibb;

- Stomatologiya;

- İctimai səhiyyə.

Xidmət müddətində təqdim olunan imtiyazlar:

- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçünpul kompensasiyasının təmin edilməsi;

- il ərzində birdəfəlik verilən maddi yardım, növbətiməzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidmətinəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmindəbirdəfəlik pul mükafatı;

- ailə üzvləri üçün güzəştli tibbi təminat;

- güzəştli ipoteka krediti;

- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmətetdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

- karyerada davamlı yüksəliş.

Təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət etmiş namizədlərhərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi iləqəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibbmüəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarınaəsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqəmərhələsinə buraxılırlar.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli MüdafiəUniversitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyətgöstərir.

Seçilən
10
8
az.trend.az

10Mənbələr