RU

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Bakı. Trend:

Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərindəfəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin(National Music & Global Culture Society) rəhbəri, AzərbaycanınƏməkdar artisti Nərgiz Əliyarova və “My Way” Yaradıcılıq Mərkəzininart direktoru, heykəltəraş və rəssam Emin Quliyev ilə görüşkeçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, görüş ölkəmizin BMT yanındakı DaimiNümayəndəliyində baş tutub. Görüşdə Diasporla İş üzrə DövlətKomitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanındadaimi nümayəndəsi, səfir Tofiq Musayev iştirak ediblər.

Komitə sədrinin müavini hər iki mədəniyyət xadiminin Azərbaycanhəqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, mədəni irsimizintəbliği və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksəkqiymətləndirib.

Nərgiz Əliyarovaya və Emin Quliyevə təltif olunduqları “Diasporfəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Onlarfəaliyyətlərinə verilən bu yüksək dəyərə görə Azərbaycan dövlətinətəşəkkürlərini bildiriblər. Ölkəmizin mədəniyyətini ABŞ-də tanıtmaqistiqamətində işlərini davam etdirəcəklərini söyləyiblər.

Qeyd edək ki, Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasınınprofessoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti,Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, beynəlxalqmüsabiqələr qalibi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinintəsisçisidir. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə ABŞ-də keçirilən Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinintəşkilatçısıdır.

Emin Quliyev isə Sumqayıtın simvoluna çevrilən “Sülh göyərçini”abidəsinin və İmadəddin Nəsiminin heykəlinin müəlliflərindən biri,mərhum rəssam Asim Quliyevin oğludur. Azərbaycan Rəssamlarİttifaqının üzvü olan Emin Quliyev 2006-cı ildən Nyu Yorkda yaşayırvə 2009-cu ildən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişafMərkəzində sənət direktoru kimi çalışır. Onun yetirmələri ABŞ-ninnüfuzlu incəsənət məktəblərinə və kolleclərinə qəbul olunublar.

Избранный
38
16
az.trend.az

10Источники