AZ

ABŞ səfirliyi yalanladı: Dezinformasiya saytlarına inanmayın!

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarının guya dərhal ölkəni tərk etməyə çağırıldığına dair yayılan xəbərləri yalan adlandırıb.

Trend-in məlumatına görə, bu barədə səfirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub.

“Siz dezinformasiya saytları tərəfindən yayılan saxta "təcili mesaj"ı görmüş ola bilərsiniz. Bu məlumatın yalan olduğu açıq-aydındır. Bununla belə, bu cür nəşrlər dezinformasiyanı müəyyən etmək baxımından mühüm dərsdir”, – deyə bəyanatda bildirilib.

Diplomatik nümayəndəlik vurğulayıb ki, dəqiq və etibarlı məlumat əldə etmək üçün yalnız rəsmi mənbələrə müraciət edilməlidir: “Əgər vacib mesajlar olarsa, bu mənbələr mütəmadi olaraq yenilənir”.

Seçilən
7
18
aznews.az

10Mənbələr