RU

MİQ-də yüksək bal toplayan müəllim: Heç bir çətinliyi yox idi

Xəbər verdiyimiz kimi, bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Belə ki, I seansda texnologiya, təsviri incəsənət və Azərbaycan dili, II seansda isə informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçiriləcək. İmtahandan iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Yeganə Hüseynovadır.

Tovuz rayonun Qovlar kəndində yaşan Yeganə müəllim texnologiya fənni üzrə imtahandan 81 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Yeganə Hüseynova Gəncə Dövlət Universitetinin məzunu olduğunu dilə gətirib:

“GDU-nun texnologiya müəllimliyi ixtisası üzrə təhsil almışam. Hazırda 6 ildir ki, Ağstafa rayonu Qarayazı qəsəbə tam orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində də MİQ imtahanında iştirak etmişəm, lakin çox yüksək nəticə olmayıb.

Bu imtahana da heç hazırlaşmamışdım. Dünya müəllim qısa müddət ərzində demək olar ki, 1 ay mənə köməklik göstərib. Bu 1 ayda nə öyrədimsə, orda öyrəndim. Topladığm bal mənim üçün qaneedicidir.

Sadəcə olaraq biraz təəssüfləndiyim odur ki, kurikulumu zəif yazdım. Bu fənn üzrə heç hazırlaşmamışdım. Ancaq ixtisasdan çox yaxşı yazmışam.

İmtahan sualları asan və düşündürücü idi. İmtahanın mənim üçün heç bir çətinliyi yox idi. Özüm Tovuzda yaşadığım üçün Tovuz rayonu və ya ətraf kəndlərdə fəaliyyət göstərməyi çox istərəm. Hazırkı çalışdığım məktəbə həftədə 2 dəfə 84 kilometr məsafə qət edirəm.

Gələcəkdə də MİQ üzrə imtahanda iştirak etməyi düşünürəm. Həmçinin gələn mənim sertifikasiya imtahanı olacaq. Ümid edirəm ki, imtahandan yüksək nəticə əldə edə biləcəm.

Mənə elə gəlir ki, insan həyəcanını tamamilə kənara qoymalı və suallara fikrini cəmləməlidir. Ona görə də imtahanda əsas məsələ tələsməməkdir”.

Избранный
30
21
azedu.az

10Источники