AZ

Kollec məzunundan MİQ-də yüksək NƏTİCƏ

MİQ imtahanının I seansında texnologiya, təsviri incəsənət və Azərbaycan dili, II seansında isə informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçirilir. İmtahandan iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Arzu Şərifovadır.

81 bal toplayan müəllim 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecindən məzun olub.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib:

“Bu, artıq MİQ  imtahanında üçüncü iştirakımdır. İlk dəfə 69 bal toplamışdım, keçən il isə 57 bal. Bu il isə nəticəm 81 bal oldu.

Hazırda Lənkəran şəhərində yaşayıram, ancaq işləmirəm. Çalışmaq üçün daha rahat və yaxın ərazilərə istəyirəm ki, yol cəhətdən problem yaşamayım.

İmtahan suallarının səviyyəsi normal idi. Oxuduğuma görə çətinlik çəkmədim, mənə asan göründü”.

Seçilən
6
21
azedu.az

10Mənbələr