Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanının birinci seansında texnologiya, təsviri incəsənət və Azərbaycan dili, ikinci seansında isə informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçirilir. İmtahanda iştirak edənlərdən biri də Rüfanə Qarayeva olub.
Rüfanə xanım Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini qırmızı diplomla bitirib. Hazırda Salyan rayonunun Təzəkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyət göstərir.
AzEdu.az həmin müəllimlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib:
“2019, 2022 və 2023-cü illərdə MİQ imtahanında iştirak etmişəm. Açığı, özümdən daha yüksək nəticə gözləyirdim. Sadəcə bir neçə sualın doğru cavabını bildiyim halda, qərarsız qalıb dəyişmişəm və nəticədə səhv variantı işarələmişəm. Proqramdan kənar sual yox idi, hər biri tanış idi. Gələcəkdə Salyan daxilində fəaliyyətimi davam etdirmək istəyirəm”.