RU

"Liverpul"un məşhur futbolçusu faciəvi şəkildə həlak oldu

style='margin-bottom:10px;'>

"Liverpul"un və Portuqaliya millisinin üzvü Diogo Jota faciəvi şəkildə həlak olub.

QOL.az-ın "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı vinger bu gün səhər İspaniyanın Zamora əyalətində avtomobil qəzası keçirib və qardaşı ilə birlikdə dünyasını dəyişib.

Nəşrin məlumatına görə, yol-nəqliyyat hadisəsi A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi ərazisində baş verib. Futbolçunun 26 yaşlı qardaşı Andre ilə birlikdə olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb.

Qeyd edək ki, bu il iyunun 22-də Jotanın toyu olmuşdu.

Jota daha çox "Liverpul"dakı çıxışları ilə tanınır. Bu klubun tərkibində o, İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb. Dieqo 2020-ci ildən "qırmızılar"da çıxış edirdi. Portuqaliyalı futbolçu əvvəllər "Vulverhempton", "Atletiko", "Portu" və "Paços de Ferreyra" klubunun şərəfini qoruyub.

Portuqaliya millisi ilə birlikdə Jota iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.

Jota 2024/25 mövsümündə "Liverpul" un heyətində 26 oyun keçirib, 6 qol vurub və 4 qolun ötürmsəni edib. O, bütün karyerası ərzində isə klub səviyyəsində 398 matç keçirib, 136 qolun müəllifi olub, 66 qolun ötürməsini verib.

Jota Portuqaliyanın əsas milli komandasında meydana çıxdığı 49 oyunda 14 dəfə rəqib qapısına yol tapıb.

Избранный
21
50
teleqraf.com

10Источники