AZ

Təyyarəyə minməsi qadağan edilmişdi, avtomobil qəzasında öldü...

Xəbər verdiyimiz kimi, “Liverpul”un və Portuqaliya millisinin üzvü Dioqo Jota ötən gün avtomobil qəzasında həlak olub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun düşdüyü qəza ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Belə ki, portuqaliyalı futbolçunun ağciyərlərində problem olub. Buna görə də həkimlər ona təyyarəyə minməyi qadağan edib. Jota İspaniyada istirahətdən “Liverpul”un hazırlıqlarına qoşulmaq üçün İngiltərəyə qayıtmalı imiş. Həkimlərin bu qadağası isə onu çətin duruma salıb.

Futbolçu məcbur qalıb ki, Liverpula gəmi ilə dönsün. Bunun üçün o, icarəyə “Lamborgihini” götürüb. Avtomobillə Santander bölgəsinə yollanıb ki, oradan gəmi ilə Portsmut şəhərinə keçsin və yenə quru yolla komandasının düşərgəsinə yollansın. 

Getdiyi yolun 65-ci km-də isə qəzaya düşüb.

İcarəyə götürdüyü “Lamborghini”nin hansı vəziyyətdə olduğunu yoxlatdırmaması da problemlərdən biri olub. Mətbuatda yazılana görə, həmin avtomobilin təkərlərində əvvəlcədən problem olub. Jota sürətli yolda ötmə əməliyyatı edərkən təkərlər sıradan çıxıb və avtomobil aşaraq yanıb.

Qəza nəticəsində Jota və qardaşı Andre həyatlarını itirib.

Dioqo Jotanın 2 həftə öncə evlənməsi də bu hadisəni daha təsirli edir. O, iyunun 22-də Rute Kordozo adlı xanımla evlənib. Rute onun məktəb illərindən sevdiyi qız olub. Jota xanımı ilə hələ 15 yaşı olarkən tanış olub. 

Üstündən 13 il keçdikdən sonra 3 övladı olan cütlük özlərinə toy ediblər.

“Liverpul” klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirib. Onun geyindiyi 20 nömrəli formanı bundan sonra komandada heç kəs geyinməyəcək. Bu isə futbolçunun xatirəsinə dərin ehtiramdır.

Seçilən
16
21
avtosfer.az

10Mənbələr