RU

Sürücü sifarişdən imtina edən müştərini təhqir etdi: Yaxşı edirəm, yekəbaş VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtda taksi sürücüsü ilə sərnişin arasında yaranan mübahisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, sürücü sifarişin ləğv olunmasına etiraz edərək sərnişni təhqir edib və həmin anları da videoya çəkərək yayımlayıb.

Sürücü videoda bildirib ki, sifarişi qəbul etdikdən sonra 7 dəqiqəlik yol qət edib, lakin ünvana çatana yaxın müştəri sifarişi ləğv edib. Bu səbəbdən o, sərnişinə zəng edib və bu ifadələri işlədib: “Belə salamatçılıqdır? Mən 7 dəqiqədir yol gəlirəm, canına azar! Yaxşı edirəm danışıram, kimə şikayət edirsən, et, yekəbaş! Utanmırsan sən?!”

Ekspertlər qeyd edirlər ki, bu cür halların qarşısını almaq üçün həm sürücülər, həm də sərnişinlər bir-birinə qarşı anlayışlı olmalı, platforma qaydalarına uyğun davranmalıdırlar. Sərnişin sürücünün tıxacda uzun yol qət etməsini, sürücü isə taksi tətbiqlərində ləğv etmə düyməsinin niyə aktiv olmasını başa düşməlidir. Bu, həm xidmət keyfiyyətini artırar, həm də münaqişələrin qarşısını alar.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
50
avtosfer.az

10Источники