ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 2-də, paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Şahidlərin bildirdiyinə görə, qəzanı 99-FB-804 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sükanı arxasında sürücülüyü öyrənən şəxs törədib. İddialara əsasən, avtomobilin təlim məqsədilə istifadə olunmasına baxmayaraq, nəqliyyat vasitəsində təlimçi üçün nəzərdə tutulmuş əlavə tormoz pedalı olmayıb. Bu səbəbdən təlimçi hadisəyə müdaxilə edə bilməyib və "Bolt" şirkətinə məxsus avtomobillə toqquşub. Hadisə nəticəsində taksdə olan azyaşlı xəsarət alıb.
Qeyd edək ki, təlim maşınlarının texniki tələblərə uyğun olması qanunvericiliklə tənzimlənir. Bu cür maşınlarda təlimçi üçün tormoz nəzərdə tutulur ki, hər hansı təhlükəli vəziyyətdə müdaxilə imkanı olsun. Lakin müşahidə edilən bu hadisə bir daha göstərir ki, bəzi sürücülük kursları və ya fərdi təlim verən şəxslər bu tələblərə əməl etmir, nəticədə isə vətəndaşların həyatı və təhlükəsizliyi risk altına düşür.
Avtosfer.az olaraq sürücülük təlimi ilə məşğul olan şəxsləri və kursları məsuliyyətli olmağa, tələb olunan texniki şərtlərə ciddi şəkildə əməl etməyə çağırırıq.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.