AZ

Binəqədidə sürücülər Hacıbala Abutalıbova görə əziyyət çəkir; əvvəlcə asfalt, sonra lyuk VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda sürücülər dövlət qurumlarının gördüyü işə görə hər gün eyni problemlə üzləşir.

Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu “DSK yolu” adlanan ərazidə sürücüləri narahat edən məsələ yol şəraitidir. Belə ki, Binəqədi Mədəniyyət Mərkəzinə doğru uzanan istiqamətdə yoldakı lyuk sürücülər üçün təhlükəli vəziyyət yaradır. Dövlət qurumlarının SSRİ-dən qalma psixologiyası səbəbilə yol asfaltlandıqdan sonra lyuk üçün şərait yaradılıb. Lakin asfalt lyukdan hündür olduğu üçün avtomobillər üçün çökək yaradır. Bu da ərazidən istifadə edən sürücülərə ziyan vurur.

Məsələnin maddi tərəfi bir yana, belə lyuklar həm də qəzaların baş verməsinə gətirib çıxarır. Sosial şəbəkədə yayılan videoda sürücü həmin lyukun avtomobilinin təkərinə və diskə zərər vurduğunu bildirib. O, qaranlıq küçədə lyuku görməkdə çətinlik çəkən digər nəqliyyat vasitələrinin idarəçilərinə də yol göstərib. O, həmçinin, lyukun qapağının da hərəkət etdiyini, avtomobillərin təkərinin bura düşə biləcəyini də qeyd edib.

Vətəndaşlar aidiyyəti qurumlardan bu cür məsələlərdə həssas yanaşmalarını və uzun müddətdir qalan belə problemləri həll etmələrini tələb edir.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
avtosfer.az

10Mənbələr