Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 2 iyul, AZƏRTAC
Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçunun xüsusi dəvət ilə qatıldığı təlim-məşq toplanışında Azərbaycan idmançıları da iştirak edəcəklər.
Bunlar Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərovdur (80 kiloqram).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.