3 cüdoçumuz Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə uğursuz çıxış edib.
"Football-plus.az" xəbər verir ki, onlar yarışı medalsız başa vurub.
Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub.
Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub.
Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.
Qeyd edək ki, millimiz dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta