RU

Qvardiola bəd xəbəri çatdırdı: Yenə zədələndi

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri yenidən zədələnib.

Publika.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.

İspaniyalı futbolçu klublararası dünya çempionatının 1/8 finalında "Əl-Hilal"a qarşı məğlub olduqları matçda (3:4, əlavə vaxtda) yeni zədə alıb. Rodri 53-cü dəqiqədə meydana daxil olub, lakin əlavə vaxtda əvəzlənib. Qvardiola yeni zədənin təfərrüatlarını açıqlamasa da, futbolçunun vəziyyətinə görə narahat olduğunu bildirib:

"Rodrinin durumu yoxlanılmalıdır. O, özünü yaxşı hiss etmədiyini dedi, buna görə də qayıtması bir qədər vaxt alacaq".

Xatırladaq ki, Rodri ötən mövsümün böyük hissəsini dizindəki çarpaz bağların qopması səbəbindən buraxmışdı.

Избранный
14
14
publika.az

10Источники