“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qarşıdakı yeni mövsümün təqvimi ilə bağlı qayğısını ifadə edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Təqvim? Mən bu haqda düşünməməyə çalışıram, əks halda mən çox həyəcan keçirməli olacağam. Biz, 1/8 final mərhələsinə çıxmağımıza şadıq, ən əsası ona görə ki, oyunçular özlərinə “bəli, biz bunu yenidən edə bilərik”, deyə bilərlər. Biz həm topla və həm də topsuz çox aqresiv bir komanda ola bilərik. Klublararası dünya çempionatından sonra biz İngiltərə Premyer Liqasının, çempionatın bərpasından öncə bizə fürsət verəcəyi qədər istirahət edəcəyik.
Oyunbaoyun, aybaay və ola bilsiin ki, noyabrda, dekabrda, yanvarda… Bu, fəlakət olacaq, biz əldən düşmüş olacağıq, bu klublararası dünya çempionatı bizi qıracaq. Bilmirəm, müvafiq hal həyatımızda ilk dəfə yaşanıb. Bu, məşqçi üçün heç də mükəmməl vəziyyət deyil. Mən növbəti mövsümə hazırlıq məqsədilə ixtiyarımda iki ayın olmasını istərdimmi? Bəli, amma vəziyyət ortadadır. Biz burada olmağı da haqq etmişik. İndi, biz burada ikən, gəlin, bütün güc-qüvvəmiz daxilində olanı icra edək”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, Qvardiolanın “Mançester Siti”si 2025-ci il FIFA Klub Dünya Kubokunun 1/8 final mərhələsinə adlayıb və bu mərhələdə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la qarşılaşacaq.
“Əl-Hilal” – “Mançester Siti” oyunu sabah, iyul ayının 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 5:00-da başladacaq.