AZ

Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Klublararası dünya çempionatının 1/8 finalında "Əl-Hilal"a gözlənilməz məğlubiyyəti şərh edib.

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil edilən mətbuat konfransda 3:4 hesabı ilə uduzduqları görüş haqda deyib:

"Bu mərhələlərdə bütün oyunlar çətin keçir. Rəqibə cinahlarda oynamağa icazə verdik. Biz çoxlu qol şansları yaratdıq. Ümumilikdə yaxşı oynadıq. Təəssüf edirəm. Bounu ("Əl-Hilal"ın qapıçısı - red.) inanılmaz seyvlər etdi. Başqa sözüm yoxdur".

Xatırladaq ki, turnirlə vidalaşmaqla "Mançester Siti"nin 2025-ci ili titulsuz başa vuracağı dəqiqləşib.

Seçilən
2
1
teleqraf.com

10Mənbələr