BAKI, 1 iyul. TELEQRAF
Ötən ilin may ayında Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmiş aviasiya şirkəti - "Mach Havacılık” MMC ləğv olunduğunu elan edib.
Teleqraf xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1,Adore plaza IV mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, nizamnamə kapitalı 34 000 000 manat olan "Mach Havacılık" MMC-nin qanuni təmsilçisi türk vətəndaşı olan Mehmet Ali Nartdır.
Mehmet Ali Nart Türk Texnologiya Qrupunun (Türk Texnoloji Takımı) idarə heyətinin üzvüdür. Türk Texnologiya Qrupu (Türk Teknoloji Takımı) Baykar şirkəti tərəfindən təsis edilib və qrupun direktoru Haluk Bayraktardır.
Eyni zamanda, Türk Texnologiya Qrupu 2022-ci ilin may ayında Bakıda keçirilmiş "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalının təşkilatçılarından biri olub.
Əlavə olaraq onu da bildirək ki, "Limit.Az" MMC, "Eksport-İmport Trade" MMC, Lopster Yard Group, "Carmoto" MMC, "Ayesha Traders" ləğv olunduqlarını elan ediblər.