AZ

İnternet televiziya şirkəti səhmdarlarını təcili toplayır

BAKI, 17 iyun. TELEQRAF

İnternet televiziya şirkəti "Beeonline" ASC-nin iyulun 29-da növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, yığıncaqda ASC-nin 2024-cü il üzrə maliyyə hesabatı təqdim ediləcək və digər məsələr müzakirə olunacaq.

Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” brendi altında abunəçilərə müxtəlif telekommunikasiya xidmətləri təklif edən qabaqcıl internet şirkətidir. "Beeonline" ASC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 697 000 manat olan şirkətin qanuni təmsilçisi Məmmədli Hikmət Fikrət oğludur.

Əlavə olaraq onu da bildirək ki, "Art Mep Group" MMC Və "İdtech" MMC nizamnamə kapitallarını azaltdıqlarını elan ediblər. "İdtech" nizamnamə kapiatlını 10 manatdan 5 manata, "Art Mep Group" MMC isə 50 manatdan 20 manata endirib.

Seçilən
20
teleqraf.com

1Mənbələr