Qarabağda azad iqtisadi zonalar da yaradacağıq.
APA-nın xəbərinə görə, bunu Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu çərçivəsində keçirilən paneldə Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov bildirib.
İdarə rəisi hazırda azad edilmiş ərazilərində yaşıl iqtisadiyyatla bağlı layihələr həyata keçirildiyini də nəzərə çatdırıb.