AZ

Əsəd Məcid Xan: Azərbaycan inkişafın və rifahın təşviqinə fəal şəkildə töhfə verir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan region ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oynayır və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) məqsədlərinin irəlilədilməsinə fəal şəkildə kömək edir".

Oxu.Az xəbər verir ki, bu barədə ECO-nun baş katibi Əsəd Məcid Xan təşkilatın Ağdamda keçirilən ilk gənclər forumu çərçivəsində "Report"un əməkdaşına bildirib.

"Azərbaycan hökumətinə və xalqına qonaqpərvərliyə görə təşəkkür edirəm. Biz Qarabağ regionunda, Ağdamda olmağımıza çox şadıq. Bu, Azərbaycanın təşkil etdiyi artıq üçüncü ECO sammiti olub. Ölkənizin təşkilatımızın fəaliyyətinə verdiyi töhfəyə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan regionda əlaqələrin gücləndirilməsinə, həmçinin davamlı inkişafın və rifahın təşviqinə fəal şəkildə töhfə verir", - Baş katib vurğulayıb.

Onun sözlərinə görə, hazırkı 17-ci ECO sammiti xüsusilə əlamətdardır, çünki əvvəlki iki sammitdən fərqli olaraq paytaxtda deyil, bərpa edilmiş Qarabağda keçirilir. O vurğulayıb ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində mümkün olub.

"Biz sadəcə sammiti deyil, bütöv bir ECO həftəsini qeyd edirik. Bu gün regionun bütün ölkələrindən gənc nümayəndələri bir araya gətirən gənclər forumu keçirilir. Sabah qadınlar forumu, sonra isə biznes forumu baş tutacaq. Bu, ECO-nun növbəti on il üçün strateji baxışını formalaşdırarkən əsas ideyaları eşitmək üçün gözəl bir fürsətdir", - deyə Ə.Xan vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
oxu.az

10Mənbələr