AZ

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Virciniya ştatının Corc Meyson Universitetində"Növbətini Gücləndir: Gəncləri Sabahın Liderliyi üçün Birləşdirmək"(EmpowerNext: Uniting Youth for Tomorrow’s Leadership) adlı 2-ciAmerika Azərbaycanlı Gənclər Forumu keçirilib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, iki gün davam edən forum AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərənAzərbaycan Evinin təşkilatçılığı və Nyu YorkdakıAmerika-Azərbaycanlı Gənclər Federasiyasının (AAYF) təşkilatidəstəyi ilə baş tutub. Foruma 23 müxtəlif ştatdan 37 universitetdətəhsil alan gənclər, akademiklər, Azərbaycan icmasının tanınmışüzvləri, Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın ABŞ-dəkisəfirliyinin əməkdaşları qatılıb.

Tədbirin məqsədi ABŞ-da yaşayan azərbaycanlı gənclər arasındaəlaqələrin möhkəmləndirilməsi, Azərbaycana və milli-mənəvidəyərlərə bağlılıqların artırılması, eləcə də təklif vətəşəbbüslərinin dinlənilməsi, dəyərləndirilməsidir. Gənclərinliderlik keyfiyyətlərinin inkişafına dəstək göstərmək, onlarınölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müvafiq imkanlaryaratmaq forumun əsas hədəflərindəndir.

Virciniya Azərbaycan Evinin vitse-prezidenti Nigar İbrahimova vəŞimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidentiNurlan Şükürün moderatorluğu ilə keçirilən forumun əvvəlindəAzərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və ölkəmizinərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə qonaqları salamlayan Virciniya AzərbaycanEvinin rəhbəri Sevda Tahirli belə mötəbər bir tədbirə ev sahibliyietməkdən böyük məmnunluq duyduğunu bildirib. Ötən ildən başlayan butəşəbbüsün gənclərin inkişafı, inteqrasiyası və əlaqələrinmöhkəmləndirilməsində mühüm platforma olduğunu deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevforum iştirakçılarını salamlayaraq komitənin fəaliyyəti, həyatakeçirdiyi layihələr haqqında məlumat verib. Prezident İlhamƏliyevin rəhbərliyi ilə yürüdülən diaspor siyasəti haqqındadanışıb, Azərbaycan diasporunun inkişafı və gücləndirilməsiistiqamətində mühüm nailiyyətlərə imza atıldığını vurğulayıb.Bildirib ki, bu siyasətin mühüm istiqamətlərindən biri də xaricdəyaşayan azərbaycanlı gənclərə göstərilən xüsusi diqqət və qayğıdır.Sədr müavini, həmçinin gənclərimizin Amerikada sosial, mədəni,intellektual sahədə özlərini ifadə edə bilmələri üçün bu cürtədbirlərin önəmini vurğulayıb. Qeyd edib ki, soydaşlarımız Amerikacəmiyyətinə inteqrasiya olunmaqla yanaşı, öz milli kimliyini dəqoruyur. O, forumun diaspor gənclərinin bir çox imkanlaryaratdığını söyləyib. Forumun keçirilməsində hər kəsə, xüsusiləVirciniya Azərbaycan Evinə təşəkkür edib.

Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin birinci katibiToğrul Əliyev forumun əhəmiyyətindən danışıb. ABŞ-dəki azərbaycanlıgənclərin həm doğma vətənimizin mədəniyyətini, dilini, dəyərləriniqoruduğunu, təbliğ etdiyini, həm də yaşadıqları ölkəninimkanlarından, biliklərindən və təcrübələrindən faydalandığınısöyləyib. O, bu cür görüşlərin yeni dostluqların qurulması vəhəmrəyliyin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını diləgətirib.

Amerika Azərbaycan Gənclər Federasiyasının rəhbəri LeylaAslanova çıxışında forumun əhəmiyyətini, aparılan müzakirələrinfaydalarını diqqətə çatdırıb, belə tədbirlərin AzərbaycanRespublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrinmöhkəmlənməsinə töhfə verəcəyini bildirib, iştirakçılara uğurlararzulayıb.

ABŞ-ın Corc Meyson Universitetinin müəllimi Sevil Süleymaniforum iştirakçılarını salamlayaraq, burada çalışan azərbaycanlımüəllim kimi belə bir tədbirin təşkilindən məmnunluq duyduğunubildirib.

Amerika Azərbaycan Gənclərinin I Forumunun təşkilatçısı KənanMəmmədova komitənin sertifikatı təqdim edilib.

Çıxışlardan sonra iştirakçılar iki maraqlı panel müzakirəsinidinləyiblər. “Wisdom Meets Ambition: Empowering Youth ThroughGenerational Collaboration” (“Müdriklik Ambisiya ilə Qovuşur:Nəsillərarası Əməkdaşlıqla Gənclərin Gücləndirilməsi”) mövzusundakeçirilən ilk paneldə müxtəlif nəsillərin təcrübəsinin gənclərininkişafına necə töhfə verdiyi müzakirə olunub. Daha sonra “BuildingGlobal Connections: Empowering Youth Across Borders” (“QlobalƏlaqələr Qurmaq: Gəncləri Sərhədlərdən Kənarda Gücləndirmək”)panelində qlobal əməkdaşlıq imkanları ön plana çəkilib.

Günün ikinci yarısı “Building Individual Resilience as a YouthLeader” (“Gənclərin lideri kimi şəxsi dözümlülüyün inkişafı”)mövzusunda təlim keçirilib.

Bədii hissədə kamança ifaçısı Toğrul Orucovun canlı ifası və DJZaurun dinamik çıxışı gənclərə unudulmaz anlar yaşadıb. Tədbirmilli həmrəyliyin simvolu olan “Yallı” rəqsi ilə davametdirilib.

Forumun növbəti günündə baş tutan təlim “Your Career Journey:Purpose, Goals & Growth” (“Sənin Karyera Səyahətin: Məqsəd, Hədəfvə İnkişaf”) adlanıb. Təlimi ABŞ-də fəaliyyət göstərən “Love YourLife. Transformative Coaching” şirkətinin rəhbəri və təsisçisi,peşəkar təlimçi Leyla Novruz keçib. Gənclərə şəxsi bacarıqlarınmüəyyən edilməsi, məqsədlərin düzgün qurulması və uzunmüddətliinkişaf strategiyalarının hazırlanması barədə praktiki biliklərverib. İnteraktiv formada keçirilən təlimdə müxtəlif mövzularətrafında fikir mübadiləsi aparılıb, gənclərin suallarıcavablandırılıb.

Bundan əlavə, Şimali Kaliforniya Azərbaycan MədəniyyətCəmiyyətinin prezidenti Nurlan Şükürün idarəçiliyi ilə “breyn rinq”keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyiyarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik vəbacarıqlarını göstərib. Finalda “4+1” komandası qalib gəlib. Qalibkomandaya hədiyyələr təqdim edilib.

Forumun birinci və ikinci günlərində “Birlikdə”, “Tarix dərsi,“Qarabağ Azərbaycandır” və “Diaspor Gənclərinin Yay Düşərgələri”layihəsinə aid videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Amerika–Azərbaycan Gənclərinin Forumu ilk dəfə2024-cü ildə Vaşinqton şəhərindəki Corc Vaşinqton Universitetindəkeçirilib. Forum gənclərin ictimai fəallığının artması, şəbəkələşməimkanlarının genişlənməsi və təşkilati bacarıqlarının inkişafındamühüm rol oynayıb.

ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
Seçilən
10
2
az.trend.az

10Mənbələr