RU

Rəsmi Bakı: İƏT sammiti tarixi əhəmiyyət daşıyır

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi sammiti tarixi əhəmiyyət daşıyır, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT həftəsi keçirilir.

APA-nın xəbərinə görə, bunu Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu çərçivəsində keçirilən paneldə Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov bildirib.

XİN-in idarə rəisi deyib ki, ilk dəfə çoxtərəfli iştirak da təmin olunub: “Gəncləri, qadınları və biznes nümayəndələrinin forumu keçiriləcək. Gənclər, qadınlar və biznes nümayəndələri də İƏT sənədlərinin hazırlanmasında iştirak etməlidir. İƏT-in elm və təhsil fondları da aktiv fəaliyyət ortaya qoya bilərlər”.

Избранный
18
41
apa.az

10Источники