RU

XİN rəsmisi: ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur

ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirədə deyib.

O qeyd edib ki, bu sənədlər hazırda hökumətlərarası prosesdən keçir:

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda yaşıl zonalar, yaradılır, iqtisadiyyat dirçəldilir. Burada Azad iqtisadi zonalar yaradılacaq. Mən gənclərin də bu prosesdə iştirakını arzu edərdim".

MƏLUMAT YENİLƏNİR

Избранный
2
50
report.az

10Источники