AZ

Mövcud vəziyyətdə Rusiya dostlarının sayını artırmaq əvəzinə, düşmənlərinin sayını artırmaqla məşğuldur

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Rusiya ilə münasibətlərin pozulması nə Rusiyaya, nə də Azərbaycana lazım deyil. Rusiya böyük dövlətdir, qonşumuzdur və tarixi köklərə söykənən siyasi, iqtisadi, mədəni əlaqələrimiz mövcuddur. Fakt odur ki, bu ölkə ilə əlaqələrin pozulmasının təşəbbüskarı ayrı-ayrı imperiyapərəst qüvvələr, şovinist dairələr və daim müharibə axtarışında olan generallardır. Ötən ilin dekabr ayında sərnişin təyyarəmiz vuruldu, cinayətkarlar cəzalandırılmadı və kompensasiya ödənilmədi. Daha sonra kiberhücumlar təşkil olundu. Ötən günlərdə orada yaşayan soydaşlarımıza qarşı görünməmiş vəhşiliklər sərgiləndi”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, mövcud vəziyyətdə Rusiya dostlarının sayını artırmaq əvəzinə, düşmənlərinin sayını artırmaqla məşğuldur.

Nəsib Məhəməliyev

“Təbii ki, bunlar dövlətlərası münasibətlərə təsir edir. Udan tərəf, digər qlobal güclərdir. Bu vəziyyət, heç bir halda Rusiyanın siyasi maraqlarına uyğun ola bilməz. Lakin, Rusiya ilə geosiyasi rəqabət aparan super güclərin planlaşdırdığı ssenarinin elementləri göz önündədir. Qətiyyən şübhə etmirəm ki, Rusiya dövlət idarəetmə sistemində beşinci kolonun nümayəndələri kifayət qədərdir. Bu, Rusiyanın daxili işidir. Rusiya özü şərait yaratmamalıdır ki, qonşularla və müttəfiqlərlə münasibətlər pozulsun. Siyasət, beynəlxalq hüququn prinsiplərinə, qarşılıqlı hörmətə, iqtisadi effektivliyə və əməkdaşlığa uyğun qurulmalıdır”-deyə Nəsib Məhəməliyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
7
bizimyol.info

10Mənbələr