RU

Hakerlər Trampın yaxın çevrəsindən oğurlanmış elektron məktubları dərc etməklə hədələyiblər

İranla əlaqəsi olduğu iddia edilən hakerlər Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ prezidenti Donald Trampın vəkili Lindsi Halliqanın oğurlanmış elektron məktublarını yaymaqla hədələyiblər.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“İranla əlaqəsi olan hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış daha çox elektron məktubları yaymaqla hədələyiblər. Hakerlər bildiriblər ki, Ağ Ev aparatının rəhbəri Syuzan Uayls, Trampın vəkili Lindsi Halliqan, Trampın müşaviri Rocer Stoun və porno aktrisa Stormi Danielsin hesablarından təxminən 100 qiqabaytlıq elektron məktublar var”, -deyə məlumatda qeyd edilib.

Agentliyin məlumatına görə, hakerlər materialların satışının mümkünlüyünü bəyan ediblər, lakin onlar elektron məktubların məzmununu təsvir etməyiblər.

Избранный
35
50
aznews.az

10Источники