ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneiyə qarşı hörmətsiz tondan imtina etməsi vacibdir. Əks halda Tehran Vaşinqtonla heç bir razılaşma əldə etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.
“Əgər ABŞ həqiqətən Tehranla saziş bağlamaqda səmimidirsə, Tramp Xameneiyə qarşı təhqiramiz və hörmətsiz ifadələrdən əl çəkməlidir,” – deyə İran diplomatiyasının rəhbəri bildirib.
Nazirin sözlərinə görə, Vaşinqtonun hazırkı ritorikası İran xalqında və rəhbərliyində dərin narazılıq yaradıb və hər cür etimadı sarsıdır. Tehran ABŞ-ın münasibətini dəyişməsini tələb edir və yalnız qarşılıqlı hörmət əsasında danışıqları mümkün sayır.
Musavat.com