AZ

Trampın Kamala Harrisin müsahibəsi ilə bağlı açdığı iddiada razılaşma əldə olunub: 16 milyon dollar ödəniləcək

ABŞ-ın keçmiş prezidenti Donald Trampın ana şirkəti olan Paramount Harrisin müsahibəsini “manipulyasiya etdiyi” iddiası ilə məhkəmədə razılığa gəlib. Ödəniş Trampa deyil, prezident kitabxanasına ediləcək.

Editor.az bu barədə ABŞ-da yerləşən CBS telekanalının ana şirkəti olan Paramount-a istinadla xəbər verir.

Razılıq bu gün əldə olunub. Paramount iddianı həll etmək üçün 16 milyon dollar ödəyəcəyini, bu pulun Trampın gələcək prezidentlik kitabxanasına ayrılacağını və Trampa “birbaşa və ya dolayısı ilə” ödənilməyəcəyini açıqlayıb.

Tramp oktyabr ayında CBS-ə qarşı 10 milyard dollarlıq iddia qaldıraraq, o vaxtkı vitse-prezident və prezidentliyə namizəd Kamala Harrislə “60 dəqiqə” proqramında yayımlanan müsahibənin qəsdən manipulyasiya edildiyini iddia etmişdi.
Tramp fevral ayında verdiyi əlavə ərizə ilə təzminat iddiasını 20 milyard dollara çatdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
42
50
editor.az

10Mənbələr