“Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi FIFA Klub Dünya Kubokunun “Mançester Siti” ilə 1/8 final oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən, 49 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mançester Siti” ilə oynamaq və “Pep”i görmək xoş olacaq, mən onu qiymətləndirirəm. Mən onu ən yaxşı məşqçi hesab edirəm, onun karyerası öz sözünü deyir. Baxmayaraq ki, o həmişə təkmilləşməyə cəhd edir. Mən bu yarışda “Mançester Siti”nin necə fantastik bir futbol oynadığını görmüşəm. Onlara qarşı oynamaq mənim üçün şərəfdir. Müvafiq oyunlar bizi inkişafa sövq edir. Biz ilk gündən demişdik ki, ilk onaltılıq arasına düşəmək çətin olacaq, amma mən əla komanda tapmışam”, deyə Simone İnzaqi vurğulayıb.
Xatırladaq ki, “Əl-Hilal” – “Mançester Siti” oyunu sabah, iyul ayının 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 5:00-da başladacaq.