AZ

İnzaqi: “Əl-Hilal” MS üzərində qələbəyə layiq idi”

“Əl-Hilal”in baş məşqçisi Simone İnzaqi 2025-ci il FIFA Klub Dünya Kubokunun “Mançester Siti” ilə 1/8 final oyununu şərh edib.

Arena.az məlumat verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatmış oyunun əlavə vaxtında Səudiyyə Ərəbistanı nəhəngi “Mançester Siti”ni 4:3 hesabıyla üstələyib.

İnzaqi matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün bizə nəsə son dərəcədə qeyri-adi bir xüsusu icra etmək lazım gəldi. Biz “Maneçster Siti”nin nə qədər yaxşı olduğuna bələd idik, bilirdik ki, bu, sanki Everestə oksigensiz dırmaşmağa bərabər olacaq. Amma biz möhtəşəm idik. Qvardiola – dünyada ən yaxşı məşqçidir, amma bu axşam biz mümkün olan hər şeyi etdik və qələbəyə layiq idik”, – jurnalist Pol Herst 49 yaşlı italyan mütəxəssisdən sitat gətirir.

Beləliklə “Mançester Siti” klublararası dünya çempionatı ilə vidalaşıb. 1/4 finala vəsiqə qazanmış “Əl-Hilal” isə bu mərhələdə Braziliya nəhəngilərindən “Fluminense” ilə qarşılaşacaq.

Seçilən
10
7
arena.az

6Mənbələr