RU

Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb - Vüqar Rəhimzadə

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşıtörədilən vəhşilik misli görünməmiş ağır cinayətdir. Açıq-aşkar heçbir günahı olmayan azərbaycanlılar polis tərəfindən vəhşicəsinəqətlə yetirildilər. Ötən il dekabrın 25-də Bakı-Qroznı istiqamətiüzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin Rusiya ərazisindəvurulmasından sonra Yekaterinburqda baş verənlər Rusiyanın irqçi,şovinist siyasətinin davam etməsinin sübutudur. Yekaterinburqdaazərbaycanlıların yaşadığı evlərə basqın edilməsi, günahsızinsanların qətlə yetirilmələri və vəhşicəsinə döyülmələri rusşovinizm siyasətinin tərkib hissəsidir. Baş verən zorakılıq Rusiyaərazisində son vaxtlar azərbaycanlılara qarşı yönəlmiş yeganətəxribat deyil. 2024-cü ilin dekabr ayında Azərbaycan mülkitəyyarəsinin vurulması insidentinə hələ də rəsmi münasibətbildirilməyib, günahkarlar məsuliyyətə cəlb olunmayıb,cəzalandırılmayıb. Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdəsusqun davranması, hərəkətsizliyi narazılığı artıran amillərdəndir.İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi Yekaterinburqşəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətininazərbaycanlılara hücumları ilə bağlı bəyanat yaydı. Bəyanatdabildirilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın FederalTəhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlılarınyaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olmasıvə bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması,habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızıbildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmazaraşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərinqısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik.

Trendxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Rusiyanın siyasətinin kökündədayanan və digər xalqlara, xüsusilə də müsəlman və türk xalqlarınaqarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya, islamofobiyahalları güclənməkdədir. Bu reallığı da xüsusi qeyd etməliyik ki,bəzi dünya gücləri Azərbaycanın müstəqil siyasətini həzm edəbilmədiklərini zaman-zaman atdıqları addımlar vasitəsilə nümayişetdirirlər. Ölkəmizə qarşı təzyiq cəhdləri həmin addmlarsırasındadır. Yekaterinburqda baş verən qətl hadisəsi də butəzyiqlərin növbəti təzahürüdür. Rusiya hüquq-mühafizə orqanlarınınazərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq və qanunsuzhəbslər beynəlxalq hüquq normalarına tamamilə ziddir.

Bu artıq qonşuluq, tərəfdaşlıq deyil, riyakarlıqdır. Bir müddətöncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkilolundu və bunun arxasından da Rusiya çıxdı. Rusiya ölkəmizə qarşıhansı mövqedə dayandığını bəzi məqamlarda “özünə sirr, başqlarınabəlli olan” şəkildə nümayiş etdirir. Bunun üçün 30 illik işğaldövrünü yada salmaq kifayətdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2020-ci ilin 44 günlük İkinciQarabağ müharibəsində Ermənistanla bərabər onun dünyadakıhavadarlarını da məğlubiyyətə uğradan tarixi Zəfərimizdən, 2023-cüildə lokal xarakterli antiterror tədbirləri nəticəsindəsuverenliyimizin tam bərpasından təşvişə düşənlərin sayı daha daartır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanbu gün dünyada söz sahibi olan dövlətə çevrilib. Yeni reallıqlarıilə regionda və dünya siyasətində yeniliklərə nail olur. Dünyanınbütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdənAzərbaycan bu gün regionda sabitliyin və dayanıqlılığınnümunəsidir. Məhz bu səbəblərdən Rusiya Azərbaycana qarşıtəzyiqlərini artırmağa çalışır. Belə hallarda Rusiyada adətən“miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq “ağırittihamlar”la üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqlaməhdudlaşmır, Rusiyanın demək olar ki, digər iri şəhərlərindəmüşahidə olunur. Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşənRusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yollarıilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur.Rusiyada ənənəvi olaraq hər zaman digər xalqlara qarşı şovinistəhval-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikayaçevrilib. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan vəya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib.Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Rusiyanınmilli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrı-seçkilik,diskriminasiya və islamofobiya güclənir. Ukrayna ilə müharibədəistədiyi nəticəni əldə edə bilməyən Rusiya digər xalqlarınnümayəndələri arasından düşmən axtarışına başlayıb. Kremlinəlaltısı olan Solovyov kimi ünsürlərin şovinist, açıqanti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün buprosesin idarə olunduğunu aydın göstərir.

Millət vəkili bildirib ki, əgər bu gün Rusiya ona qardaş olan,dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasətyürüdürsə, bu ölkənin şəhər və kəndlərini yer üzündən silirsə,Buçada soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən sondağıdıcı silahlarla məhv edirsə, onda digər xalqlara qarşı dahaqəddar davranışı təəccüb doğurmur. Rusiyada azərbaycanlılara,özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərinnümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiyasiyasəti sistemli hal alıb. Rusiya hüquq-mühafizə orqanlarının“ixtira” etdiyi və geniş şəkildə istifadə edilən“etnocinayətkarlıq” anlayışı da sadəcə bu ölkədə digər xalqlarınnümayəndələrinin cinayətkar kimi təqdim olunmasına hüquqi əsasyaratmağa hesablanıb.

Vüqar Rəhimzadə qeyd edib ki, Yekaterinburqda baş verənhadisələr planlaşdırılmış, xüsusi məqsədli bir cinayətdir.Azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə,soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəlibədən xəsarəti faktları ilə bağlı günahkarlar dərhalcəzalandırılmalıdır. Rusiya tərəfindən həyata keçirilən bu siyasətqarşıdurmaya, etimad itkisinə xidmət edir.

Məqalədə:
Избранный
27
50
az.trend.az

10Источники