Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərər vurmaq istəyən xarici qüvvələr fəallaşıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələrinin dördüncü departamentinin direktor müavini Dmitri Masyuk açıqlama verib.
Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycanla strateji tərəfdaşlığı qorumaq üçün bu cəhdlərə qarşı ardıcıl və sistemli mövqe sərgiləyir. “Biz azərbaycanlı tərəfdaşlarımıza prinsipial mövqeyimizi davamlı şəkildə izah edirik ki, münasibətlərimizə zərər dəyməsin,” – deyə diplomat vurğulayıb.
Musavat.com