RU

KİV: Suriya İsrailə ərazi güzəştinə gedir

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Suriya İsraildən Qolan təpələrinin geri qaytarılmasını tələb etmək niyyətindən geri çəkilib.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” nəşri Livan mediasına istinadən məlumat yayıb.

Bildirilir ki, Dəməşq üçün hazırda daha vacib məsələ ölkənin cənubunda nəzarəti ələ alan və Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni administrasiyanın İsrail tərəfindən tanınmasıdır.

Yaxın Şərq mediasının məlumatına görə, yeni rəhbərliyin əsas tələbi İsrailin bu administrasiyanı tanıması və 2024-cü ilin yanvarından etibarən Suriyanın cənubunda nəzarət etdiyi ərazilərdən qoşunlarını çıxarmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
50
sherg.az

10Источники