“Nitsa”nın qapıçısı Marçin Bulke karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “Caught Offside” portalına istinadən məlumatına görə, “Mançester Yunayted” və “Çelsi” klubları polşalı oyunçunu heyətinə qatmaq istəyir. Sözügedən klublar artıq 25 yaşlı qolkiperin agenti ilə əlaqə saxlayıb.
Fransız klubu polşalı qapıçının transfer qiymətini 20-25 milyon avro arasında qiymətləndirir. “Çelsi” Bulkanın əvvəlki illərdə gənclər komandasında çıxış etməsini nəzərə alaraq, onu Premyer Liqa qaydalarına əsasən “yerli oyunçu” kateqoriyasına aid edir və bu səbəbdən onun transferini reallaşdırmaq istəyir.
Ötən mövsüm "Nitsa"nın qapıçısı bütün turnirlərdə 40 matçda iştirak edib, onlardan 8-də "təmiz" çıxış edib. Bulkanın klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.