AZ

PSJ-nin ukraynalı üçün təklifi "Bornmut" tərəfindən rədd edilib

 "Bornmut"un müdafiəçisi İlya Zabarnıy karyerasını Fransanın PSJ klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, parislilər ukraynalının transferi üçün irəli sürdüyü 65 milyon avro dəyərindəki təklif "Bornmut" tərəfindən rədd edilib.

 İngiltərə təmsilçisi 22 yaşlı ukraynalı futbolçu üçün 76 milyon avro tələb edir və bu qiyməti aşağı salmağı planlaşdırmır.

Qeyd edək ki, daha əvvəl mətbuatda Paris klubunun Zabarnıy ilə şəxsi müqavilə şərtləri üzrə prinsipial razılıq əldə etdiyi bildirilmişdi.

Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 39 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında təqdim olunan məlumata görə, oyunçunun bazar dəyəri 42 milyon avrodur.

Seçilən
21
2
90deqiqe.az

10Mənbələr