AZ

"Mançester Yunayted" Rafael Leau üçün hərəkətə keçdi

“Mançester Yunayted” yay transfer pəncərəsində əsas hədəfini müəyyənləşdirib. 

90deqiqe.Az-ın “Caught Offside” portalına istinadən məlumatına görə, İngiltərə təmsilçisi “Milan”ın vingeri Rafael Leaunu transfer etmək niyyətindədir.

“Qırmızı şeytanlar” 26 yaşlı hücumçu üçün ilk təklifi yaxın günlərdə təqdim edəcək. İngiltərə klubu Leauya görə təxminən 60 milyon funt sterlinq ödəməyə hazırdır. “Milan” isə ulduz futbolçunun transferindən 68–85 milyon funt aralığında gəlir gözləyir.

Portuqaliyalı oyunçu ilə “Arsenal” və “Çelsi” də maraqlanır. London təmsilçilərindən “Arsenal” artıq futbolçunun nümayəndələri ilə birbaşa danışıqlara başlayıb.

Geridə qalan mövsümdə Rafael Leau bütün turnirlərdə 50 oyuna çıxıb, 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 70 milyon avro olaraq göstərir.

Seçilən
23
20
90deqiqe.az

10Mənbələr