Bakı, 28 iyun, AZƏRTAC
“Sabah” futbolçusu Vinsent Till ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxıb və 3 qolla yadda qalıb.