AZ

"Sabah" onu da göndərdi - Rəsmi

style='margin-bottom:10px;'>

“Sabah” FK Vinsent Till ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Till 2023-cü ildən etibarən “Sabah”da çıxış edib. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.

Qeyd edək ki, daha öncə Masazır klubu baş məşqçi Vasili Berezutski və futbolçuları Şakir Seyidov, Con İrasabal, Namik Ələskərovla da yollarını ayırıb.

Seçilən
7
1
teleqraf.com

10Mənbələr