RU

ABŞ İrana 30 milyard dollar TƏKLİF EDİB

12 günlük müharibənin sonunda İranın nüvə obyektlərinə hücum edən ABŞ-nin rəsmi Tehranın yenidən nüvə danışıqları masasına oturtmaq üçün bəzi addımlar atdığı iddia edilir. 

“Cebheinfo.az” xəbər verir ki, CNN Donald Tramp administrasiyasının yaşanan gərginlikdən sonra İranı danışıqlar masasına gətirmək üçün dinc nüvə proqramlarına yardım etməyi müzakirə etdiyini bildirib. Qeyd edilir ki, məsələ ilə bağlı məlumatlı mənbələr İranla İsrail arasında böhranın kəskinləşməsi, eləcə də ABŞ-nin İrandakı nüvə obyektlərinə hücumu zamanı və atəşkəs elan edildikdən sonra Vaşinqton İranla təmasları davam etdirdiyini deyib. 

Bu görüşlərdə İranı danışıqlar masasına oturtmaq üçün müxtəlif təkliflərin təqdim edildiyini bildirən mənbələr, ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla tərəfdaş Körfəz ölkələri arasında Ağ Evdə keçirilən görüşdə məsələ ilə bağlı detalların müzakirə edildiyi xəbər verilir. 

Mənbələr görüşdə ABŞ-nin müzakirə edilən şərtlərdən birinin uranın zənginləşdirilməsi fəaliyyətlərini ehtiva etməyən və yalnız dinc məqsədli enerji istehsalını hədəfləyən yeni nüvə proqramı üçün İrana təxminən 20-30 milyard dollar yardımın verilməyə hazır olduğunu bildiriblər. 

Tramp adminstrasiyasının həmin pulu ərəb tərəfdaşları tərəfindən ödənilməsini planlaşdırdığı iddia edilir. Həmçinin, irəli sürülən digər təkliflər arasında İrana qarşı bəzi sanksiyaların ləğvi və Tehrana hazırda xarici bank hesablarında olan, sərbəst istifadəsinə məhdudiyyət qoyulan 6 milyard dollara çıxış imkanı verilməsi də var. 

Избранный
25
1
cebheinfo.az

10Источники