RU

ŞOK İDDİA: ABŞ İranı masaya qaytarmaq üçün 30 milyardlıq yardım planı hazırlayır

CNN telekanalı İran və İsrail arasında böhranın kəskinləşməsi və ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumu zamanı və atəşkəs elan edildikdən sonra ABŞ-ın İranla danışıqlarını davam etdirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, iddiaya görə, ABŞ prezidenti Donald Tramp administrasiyası davam edən gərginlikdən sonra İranı danışıqlar masasına çəkmək məqsədilə “mülki nüvə proqramları” üçün təxminən 30 milyard dollarlıq yardım planını müzakirə edir.

Danışıqlar zamanı İranı danışıqlar masasına oturtmaq üçün müxtəlif təkliflərin təqdim edildiyini bildirən mənbələr, ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi Steve Witkoff ilə Körfəz ölkələrindən olan tərəfdaşları arasında Ağ Evdə keçirilən görüşdə məsələ ilə bağlı detalların müzakirə edildiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
27
1
turkustan.az

10Источники