RU

ABŞ İranı danışıqlar masasına gətirmək üçün mülki nüvə proqramına yardımı müzakirə edir

Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp administrasiyası davam edən gərginlikdən sonra İranı danışıqlar masasına çəkmək məqsədilə “mülki nüvə proqramları” üçün təxminən 30 milyard dollarlıq yardım planını müzakirə edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Danışıqlar zamanı İranı danışıqlar masasına oturtmaq üçün müxtəlif təkliflərin edildiyini bildirən mənbələr, ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Vitkof ilə Körfəz ölkəsi tərəfdaşları arasında Ağ Evdə keçirilən görüşdə məsələ ilə bağlı detalların müzakirə edildiyini iddia edib.

Mənbələr görüşdə müzakirə edilən şərtlərdən birinin uranın zənginləşdirilməsi fəaliyyətlərini ehtiva etməyən və yalnız mülki enerji istehsalını hədəf alan yeni nüvə proqramı üçün İrana təxminən 20-30 milyard dollar yardımın təmin edilməsi olduğunu və bu pulun ərəb tərəfdaşlarından gəlməsinin planlaşdırıldığını iddia ediblər.

Mənbələr həmçinin iddia edib ki, təqdim olunan digər təkliflər arasında İrana qarşı bəzi sanksiyaların ləğvi və Tehrana hazırda xarici bank hesablarında olan və sərbəst istifadəsinə məhdudiyyət qoyulan 6 milyard dollara çıxış imkanı verilməsi daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
11
operativmm.az

10Источники