ABŞ səfiri Lin Treysi Rusiyadakı işini başa vurub və Moskvanı tərk edib.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“ABŞ səfiri Lin Treysi Moskvanı tərk edir”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, ABŞ Moskvaya yeni səfir təyin etmək üçün Rusiyadan hələlik razılıq tələb etməyib.