ABŞ səfiri Lin Treysi Rusiyadakı işini başa vurub və Moskvanı tərk edib.
Referans xəbər verir ki, bu barədə Amerikanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“ABŞ səfiri Lin Treysi Moskvanı tərk edir”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, ABŞ Moskvaya yeni səfir təyin etmək üçün Rusiyadan hələlik razılıq tələb etməyib.
İyunun 13-də ABŞ səfiri Treysi bildirib ki, onun Rusiyanı tərk etməsi çoxdan planlaşdırılıb. Diplomatın sözlərinə görə, Moskvada missiyasını başa vurduqdan sonra o, diplomatik xidmətdən istefa vermək və ailəsi ilə daha çox vaxt keçirmək niyyətindədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta