RU

Mahir Emrelinin transfer dəyəri artdı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb. Metbuat.az xəbər verir ki, məşhur "Transfermarkt" portalı millimizin üzvünün məlumatında dəyişiklik edib.M.Emrelinin transfer dəyərindəki dəyişikliyin iki gün əvvəl Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Kayzerslautern"ə keçidindən sonra baş verməsi də diqqətdən qaçmayıb. 28 yaşlı azərbaycanlı futbolçunun qiyməti 200 min avro artaraq 1 milyon avro olub.

Xatırladaq ki, Mahir Emreli 2024-25 mövsümünü digər Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Nürnberq"də keçirib. O, "Nürnberq"in forması ilə meydana çıxdığı 25 oyunda 11 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
10
1
metbuat.az

10Источники