AZ

Mahir Emrelinin qiyməti ARTDI

Almaniyanın tanınmış "Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi olan "Kayzerslautern"ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.

Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.

Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümü "Nürnberq"də keçirmişdi.

Milli.Az

Seçilən
6
7
milli.az

10Mənbələr