Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.
Axar.az xəbər verir ki, hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Fərid Amil oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Cəmil Vüqar oğlu Məmmədli və 2010-cu il təvəllüdlü Nihad Mahir oğlu Məmmədli ölüblər.
Faktla bağlı araşdırma aparılır.