Sabirabad rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hərəkətdə olan yük maşını “QAZ-2104” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.
Faktla bağlı araşdırma aparılır.