RU

Klublararası dünya çempionatı: daha 2 klub adını 1/8 finala yazdırdı

ABŞ-da təşkil olunan klublararası dünya çempionatının qrup mərhələsində daha 2 matç keçirilib.

Sportal.az xəbər verir ki, F qrupu çərçivəsində "Borussiya" (Dortmund) klubu Cənubi Koreya "Ulsan"ı ilə qarşılaşıb. Matç Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda CAR-ın "Mamelodi Sandaunz" klubu isə Braziliyanın "Fluminense" komandası qarşılaşıb. Bu matçda hesab açılmayıb - 0:0.

Bu nəticələrdən sonra "Borussiya" 7 xal, "Fluminense" isə 5 xal toplayaraq adını 1/8 finala yazdırıb.

 

25 iyun

F qrupu

"Borussiya"(Dortmund) - Ulsan - 1:0

Qol: D.Svensson,36

"Mamelodi Sandaunz" - "Fluminense" 0:0

saytlarin hazirlanmasi

Избранный
24
sportal.az

1Источники