ABŞ-da təşkil olunan klublararası dünya çempionatının qrup mərhələsində daha 2 matç keçirilib.
Sportal.az xəbər verir ki, F qrupu çərçivəsində "Borussiya" (Dortmund) klubu Cənubi Koreya "Ulsan"ı ilə qarşılaşıb. Matç Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda CAR-ın "Mamelodi Sandaunz" klubu isə Braziliyanın "Fluminense" komandası qarşılaşıb. Bu matçda hesab açılmayıb - 0:0.
Bu nəticələrdən sonra "Borussiya" 7 xal, "Fluminense" isə 5 xal toplayaraq adını 1/8 finala yazdırıb.
25 iyun
F qrupu
"Borussiya"(Dortmund) - Ulsan - 1:0
Qol: D.Svensson,36
"Mamelodi Sandaunz" - "Fluminense" 0:0
saytlarin hazirlanmasi